"Neftçi"nin "uğur adamı" AFFA-ya yol göstərdi: "İnanmıram ki..."

7 Noyabr 2020 11:40 Azərbaycan Futbolu 739
"Neftçi"nin "uğur adamı" AFFA-ya yol göstərdi: "İnanmıram ki..."

UEFA Avro-2020-yə ev sahibliyi etmək üçün seçdiyi 12 şəhərin bəzilərin siyahıdan çıxara bilər.

Koronavirus təhlükəsini nəzərə alan qurum ilk olaraq uzaq məsafələrə olan səfərləri nəzərdən keçirəcək.

Bu şəhərlər arasında isə ilk ağıla gələnlərdən biri də Bakıdır. Bakı həm də Dağlıq Qarabağda gedən müharibəyə görə Avro-2020-dən kənarda qalmaq təhlükəsi ilə üzləşib.

Bu, hələ ki, ehtimallar arasında olan variantlardır. Görəsən, həqiqətənmi bu qərar barəsində düşünməyə belə ehtiyac var?

Ümumiyyətlə, təhlükəsizlik baxımından Bakı problemlə qarşılaşa bilərmi? Bu kimi suallara cavab tapmaq üçün Sporinfo.az olaraq, futbol mütəxəssisi Tahir Süleymanova üz tutduq.

Sonuncu dəfə "Neftçi"də çalımış keçmiş vitse-prezident mövzu ilə bağlı bunları dedi: "Hazırda bütün Azərbaycanın ürəyi Qarabağda döyünür. Əsas torpaqlarımızın işğaldan tam azad olunmasıdır.

İnanmıram ki, müharibə uzun çəkə və növbəti ilin yayına kimi gedib çıxar. Avro-2020 ilə bağlı əsas problem bir ilə yaxındır dünyanı bürüyən koronavirus pandemiyasıdır.

Onsuz da, çempionat təxirə salındı. Mötəbər yarış futbolla yanaşı milyonlarla azarkeşlərin müxtəlif ölkələrdən bir məkana axışması deməkdir. İndiki anda bu mümkün deyil.

Üstəgəl, çempionatın 12 ölkədə keçirilməsinin nəzərdə tutulması böyük çətinliklər yaradır. Növbəti ilə xeyli müddət qalsa da, virusun ikinci dalğasını nəzərə aldıqda, yarışların azarkeşsiz baş tutması ehtimalı böyükdür. Çempionatın belə formatda keçirilməsi Avropanın aparıcı ölkələrinin narazılığı ilə qarşılanırdı".

Süleymanov hazırkı vəziyyətdə AVRO-2020-nin Bakıda keçirilməsinin önəmi qalmadığını düşünür: "UEFA tək savaşa görə deyil, məlum səbəbə görə şəhərlərin sayının azaldılması və ümumiyyətlə oyunların bir ölkədə keçirilməsini müzakirə etmək məcburiyyətində qalıb.

Ölkələr arasında səyahət, karantin qərarları problemlər yaradır. Final mərhələsi azarkeşsiz keçiriləcəksə, açığı belə vəziyyətdə oyunların Bakıda keçirilməsinin elə bir anlamı qalmır.

Qardaş Türkiyə millisinin də paytaxtımızdakı qrupda yer alması və tribunalarda canlı dəstəkdən məhrum olması, psixoloji olaraq azərbaycanlı futbolsevərlərə böyük zərbə olar".

Keçmiş klub funksioneri UEFA-nın Qarabağda yaşananlardan dolayı Bakıdakı təhlükəsizliklə bağlı keçirdiyi narahatlığın başadüşülən olduğunu dilə gətirib:

"Zamanı qabaqlamayaq, vaxta var hələ. Mənfur düşmən Gəncə, Bərdə, Tərtər və digər şəhər və rayonlarımızı, dinc əhalini müxtəlif uzaq mənzilli silahlardan atəşə tutur və hər an yenidən təkrar oluna bilər.

Bakı ətrafına da raketlər atılıb. Belədə UEFA-nın indiki məqamda narahatlığı başadüşüləndir. Hava məkanını, uçuşları nəzərə alsaq, təhlükəsizlik ön plana çıxır və təmin edilməsi çətin görünür".

"Bəs indiki məqamda AFFA nə etməlidir" sualını Süleymanov belə cavabladı: "İndiki halda AFFA nə edə bilər? Ən azından mxitaryanların açıqlamalarıı, çağırışları ilə bağlı UEFA-ya tutarlı şikayətlər edilməli və susdurulmalıdır.

Qısa zamanda şanlı Ordumuz tərəfindən torpaqlarımız tam azad edilsin, gələcək addımlar müəyyənləşər. Avro-2020-dən daha vacib futbolumuzun gələcək inkişafının, qələbələrinin təmin olunması naminə daxili federasiya işğalından azad olunması önəmlidir".

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı