"Oğlum ilk günlərdən cəbhə xəttindədir, mən onunla fəxr edirəm"

5 Noyabr 2020 20:40 Azərbaycan Futbolu 1 062
"Oğlum ilk günlərdən cəbhə xəttindədir, mən onunla fəxr edirəm"

«Oğlum müharibənin ilk günlərindən cəbhə xəttindədir və mən onunla fəxr edirəm».

Bu sözləri Sportinfo.az-a açıqlamasında İskəndər Cavadov adına Bakı Futbol Akademiyasının vitse-prezidenti Yaşar Seyidov deyib.

Tanınmış futbol adamının oğlu Valeh Seyidov 1 aydan rtıqdır Azərbaycan Ordusunun sıralarındadır. Könüllü olaraq silaha sarılan gənc hazırda ermənilərə qarşı vuruşur: «Valehlə tez-tez əlaqə saxlamaq olmur.

Ona nə vaxt icazə verilirsə, onda da danışırıq. Bizə hər şeyin yaxşı olduğunu deyir. Dönə-dönə tapşırır ki, məndən narahat olmayın, hər şey qaydasındadır.

O, hələ müharibədən qabaq orduya könüllü yaxzılmışdı. Müharibə başlayanda, gəlib dedi ki, «ata, dostlarımın bir çoxu hərbiyə yollanıb, mən də gedirəm». İnşallah, hamısı sağ-salamat geri qayıdar.

Ordumuz çox güclüdür. Şübhəm yoxdur ki, ermənilər üzərində qələbə qazanacağıq və tezliklə müharibə bitəcək. Vaxtilə Valeh Azərbaycanın ən perspektivli futbolçularından sayılırdı.

Bəzi insanlar imkan vermədi ki, o, futbolda sözünü desin. Qarşısını çox tez kəsdilər. İndi isə Valeh sözünü döyüş bölgəsində deyir. Onu heç kim məcbur etmədi buna.

Sadəcə, içindən gəldi, ali təhsilini yarımçıq buraxıb cəbhəyə getdi. Çünki o, mənim oğlumdur, əsl vətənpərlik hissi onun damarındakı qandan axır».

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı