Karpin: "Rusiya çempionatının səviyyəsi Azərbaycandan zəif deyil"

26 Sentyabr 2020 00:00 Azərbaycan Futbolu 1 062
Karpin: "Rusiya çempionatının səviyyəsi Azərbaycandan zəif deyil"
Sportinfo.az xəbər verir ki,

"Kimsə rəqibdən daha güclü olduğumuzu düşünürdüsə, yanılır. Bu komanda bizdən zəif deyil. Reytinqləri unudun".

Sportinfo.az xəbər verir ki, bunu "Rostov"un baş məşqçisi Valeri Karpin Avropa Liqasının III təsnifat mərhələsində İsrail "Makkabi"sinə 1:2 hesabı ilə uduzduqları görüşdən sonra deyib.

51 yaşlı mütəxəssis bildirib ki, reytinqlər xalq üçündür: "Müəyyən məqamlarda və günlərdə onlar güclü olurlar. Səbəblərdən danışmaq mənlik deyil. Bu barədə hamı danışır.

Təəssüf ki, bizim çempionatın səviyyəsi belədir. Qlobal danışsaq, heç bir bəhanə axtarmadan, demək olar ki, reallıq budur. Yəqin ki, Rusiya çempionatı Gürcüstan və Azərbaycandakından zəif deyil. Amma İsraili qabaqladığımızı deyə bilmərəm".

Xəbər Lenti