Şərurda AFFA-nın adamlarının qarşısına 15 məşqçi çıxdı - FOTOLAR

22 Sentyabr 2020 15:46 Azərbaycan Futbolu 626
Şərurda AFFA-nın adamlarının qarşısına 15 məşqçi çıxdı - FOTOLAR

AFFA, Naxçıvan MR Gənclər və İdman Nazirliyi və Naxçıvan Futbol Federasiyasının birgə təşkilatçılığı ilə "C" kateqoriyalı məşqçilik kursuna start verilib.

Sportinfo.az xəbər verir ki, kursun təlimləri Şərur rayon Olimpiya İdman Kompleksində keçirilir.

AFFA-nın maarifləndirmə şöbəsinin rəhbəri Aslan Kərimov və təlimatçılar Osman Rəhimovla, İlham Əzizzadənin iştirakı ilə təşkil olunan kursa muxtar respublikanın müxtəlif bölgələrindən 15 məşqçi qatılıb.

Məşqçilərin bilik və bacarıqlarının artırılması, uşaq futbolunda lisenziyalı məşqçilərin fəaliyyətinə zəmin yaradılması məqsədilə keçirilən kurs Avropanın ali futbol qurumu - UEFA tərəfindən təyin olunan plan, proqrama uyğun istiqamətlənib.

İlk gün mütəxəssislər məşqçiliklə bağlı nəzəri biliklərini bölüşüblər. Mövzuya uyğun məsələlərlə bağlı sual-cavab və yazılı tapşırıqlar icra olunub. Mütəxəssislər lövhələr vasitəsilə mövzunun detallarını iştirakçılara izah ediblər.

Kompleksin mehmanxanasında məskunlaşan məşqçilər gün ərzində 2 dəfə nəzəri və praktiki məşğələlərdə iştirak edəcəklər. 3 həftəlik kursun yekununda imtahan keçiriləcək və uğurlu nəticə göstərənlərə AFFA-nın "C" kateqoriyalı məşqçilik lisenziyaları təqdim olunacaq.

Digər Xəbərlər
Xəbər Lenti