Araz Abdullayev Türkiyə klubu ilə anlaşdı - 1+1 illik müqavilə

14 Sentyabr 2020 18:34 Azərbaycan Futbolu 619
Araz Abdullayev Türkiyə klubu ilə anlaşdı - 1+1 illik müqavilə

Azərbaycan millisinin futbolçusu Araz Abdullayev özünə yeni komanda tapıb.

Sportinfo.az "Ajanspor"a istinadən xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçi karyerasını Türkiyədə davam etdirəcək.

İddiaya görə, oyunçu I liqada çıxış edən "Boluspor"la anlaşıb. O, aşağı dəstə təmsilçisi ilə 1+1 illik müqavilə imzalayacaq.

Araz Abdullayevin son klubu "Qarabağ" olub. Futbolçu 2019/2020 mövsümünün sonunda Ağdam təmsilçisindən ayrılıb.

Digər Xəbərlər
Xəbər Lenti