"Neftçi" və "Qarabağ" AFFA-dan estafeti almalıdır! - VİDEO

13 Sentyabr 2020 20:00 Azərbaycan Futbolu 846
"Neftçi" və "Qarabağ" AFFA-dan estafeti almalıdır! - VİDEO

ABŞ-ın Çikaqo şəhərindən yayımlanan SM TV youtube kanalında Cavad İsmayılbəyliyinin aparıcılıq etdiyi verilişin dünənki qonaqları "Futbol+" qəzetinin baş redaktoru Mahir Rüstəmli və idman yazarı Anar Şabanoğlu olub.

"Tractor" Futbol Klubunun İran kubokundakı zəfəri və Güneydə yaşayan soydaşlarımızla bağlı maraqlı müzakirələr aparılıb.

Mahir Rüstəmli İran Futbol Federasiyası və hakimlər tərəfindən süni əngəllər yaradılmasına baxmayaraq "Traxtor"un kuboku qazanmasının böyük qəhrəmanlıq olduğunu bildirib.

O, Azərbaycanda çoxsaylı tərəfdarlarının olmasına baxmayaraq ölkəmizdəki iki idman telekanalından heç birinin "Traxtor" oyunlarının yayımlanmamasına görə narazılığını dilə gətirib, ən azı Təbriz klubunun Asiya Çempionlar Liqasındakı qarşıdan gələn iştirakı zamanı bu laqeydliyin aradan götürüləcəyinə ümid etdiyini bildirib.

Anar Şabanoğlu "Traxtor" azarkeşlərinin mərdliyinin İranda yaşayan digər soydaşlarımıza da örnək göstərib, onları İrəvana turist səfərləri edib, düşmən ölkəyə xeyir verməməyə çağırıb. O, eyni zamanda, İran azərbaycanlılarını Ermənistana keçən qaz kəmərinə, Güney Azərbaycandakı Norduz gömrük sərhəddindən Ermənistana daşınan silah-sursatla bağlı olaylara biganə qalmamağa dəvət edib.

Anar Şabanoğlu "Traxtor"a rəsmi təbrikinə görə "AFFA-ya halal olsun!" deyib "Neftçi" və "Qarabağ"ın da federasiyadan estafeti almasını gözlədiyini qeyd edib.

Sonda aparıcı Cavad İsmayılbəyli bu verilişin "Traxtor" tərəfdarlarına hədiyyə olduğunu bildirib. Verilişin tam versiyasını aşağıdakı linkdən izləyə bilərsiz:

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti