"Yox, qardaşım, sən deyən nəsə yadıma düşmür"

15 Avqust 2020 20:40 Azərbaycan Futbolu 1 212
"Yox, qardaşım, sən deyən nəsə yadıma düşmür"

“Unuda bilmədiyimiz oyun” rubrikası davam edir.

Rubrika çərçivəsində Azərbaycan milli komandasının, klublarının tarixinə yazılan oyunlarda iştirak edən futbolçular və məşqçilərlə danışırıq.

Sportinfo.az xəbər verir ki, növbəti qonaq 2004-cü ildə, Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində Moskva ÇSKA-sı ilə Bakıda qolsuz bərabərə qalan “Neftçi”nin keçmiş futbolçusu Emin Quliyevdir:

  • Emin bəy, “Neftçi”nin heyətində Moskva ÇSKA-sı ilə Bakıda qolsuz bərabərə qaldığınız oyunla bağlı nə xatirələriniz var?
  • Deməli, biz “Neftçi”də oynayırdıq. İlk mərhələdə rəqibimiz Bosniya və Herseqovinanın “Şiroki Brieq” komandası idi və mərhələni adlamağı bacarmışdıq (ilk oyunda səfərdə “Şiroki Brieq”ə 1:2 hesabıyla uduzan “Neftçi”, cavab matçında məhz Emin Quliyevin yeganə qoluyla qələbə qazanmışdı). Sonra Moskva ÇSKA-sıyla qarşılaşdıq. O vaxt ÇSKA güclü komanda idi, yaxşı futbolçuları var idi. Bəli, xatirəmizdə qalıb bunlar və yaxşı xatirələr idi. Həm də yadınıza gəlirsə, stadionda xeyli azarkeş var idi, sağ olsunlar, bizi dəstəkləməyə gəlmişdilər. Maraqlı da oyun alınmışdı.
  • Oyuna hazırlıq prosesi necə keçmişdi?
  • Yaxşı hazırlaşmışdıq, ilk oyundan sonra da belə oldu. Yadınıza gəlirsə, Moskvadakı oyunumuz da pis olmadı. Qurban müəllimin (Qurban Qurbanov) də yaxşı epizodu olmuşdu, amma vura bilməmişdi. Başqa imkanlarımız da oldu, alınmadı. Ümumilikdə, yaxşı hazırlaşmışdıq və pis oynamadıq. Məncə, iki oyundakı nəticə də pis deyildi, ümumi götürəndə yaxşı oynamışdıq da…
  • İlk oyunda 0:0 hesablı heç-heçə etsəz də, cavab matçında iki cavabsız qolla uduzmuşduz…
  • Hə, qardaşım, cavab oyununda da yaxşı oynamışdıq. Qol imkanlarımız olsa da, dəyərləndirə bilməmişdik. Qismət idi də, oynadıq, uduzduq, öz səhvlərimizdən qol buraxdıq. Yenə də deyirəm, yaxşı imkanlarımız oldu, dəyərləndirə bilmədik. Buna baxmayaraq, səfər matçımız da yaxşı alınmışdı. Ümumilikdə, həm Bakıda, həm də səfərdə maraqlı oyun alınmışdı.
  • Bakıdakı matçdan sonra komandanın durumu necə idi? Özünüzə inanırdızmı turu keçə bilərsiz?
  • İlk mərhələni keçəndən sonra komandada vəziyyət yaxşı idi, hazırlığımız da yaxşı keçmişdi. ÇSKA-nı bilirdik, başa düşürdük ki, bu, əvvəlki komanda kimi deyil, güclüdür, heyətində də yaxşı futbolçuları var. Bu səbəbdən də, ciddi hazırlaşdıq və belə də, müqavimət göstərdik və nəticə olaraq 0:0 hesablı heç-heçə etdik. Bakıdakı oyunda hər şey qaydasında idi. Moskvadakı oyuna da yaxşı hazırlaşdıq. Məğlub olmağımıza baxmayaraq, pis oyun sərgiləmədik. Amma qismət ÇSKA-dan yana idi. Başa düşdük ki, oyundur və bir komanda udmalıdır. Həmin oyunda da udan tərəf ÇSKA oldu. Əlimizə düşən imkanlardan yararlana bilmədik, onlar isə bunu bacardı.
  • Oyunla bağlı unuda bilmədiyiniz xüsusi xatirəniz var?
  • Yox, qardaşım, bu oyunda sakitçilik olub, sən deyən nəsə yadıma düşmür. Deməli, nəsə olmayıb ki, yadıma da düşmür.
  • Püşkdə ÇSKA ilə qarşılaşacağınızı biləndə ümidsizliyə qapılmamışdız ki?
  • ÇSKA-nın necə komanda olduğunu bilirdik. Ümidsizlik kimi heç nə yox idi. Oyun idi də, hazırlaşıb bacardığımızı etməliydik. Hələ 0:0-dan sonra daha da ümidlənmişdik. Komanda daxilində də həyəcan və bu kimi şeylər yox idi. Heç kim düşünmürdü ki, bu, ÇSKA-dır. Uşaqlarda qorxu, həyəcan yox idi.
  • Komanda yoldaşlarınızla rəqibi təhlil etdikdə nələr düşünürdüz?
  • Başa düşürdük ki, bu zəif komanda deyil, ÇSKA-dır. Bu komandaya qarşı elə belə hazırlaşmaq lazım deyil, ciddi hazırlıq lazımdır. Ciddi hazırlaşmaq lazım idi ki, heç olmasa, böyük hesabla uduzmayaq. Amma oyunumuz da elə oldu ki, hətta rəqibi məğlub edə, mərhələni də adlaya bilərdik. Lakin yenə deyirəm, şans bizdən yana olmadı. Biz şans yaradıb vura bilmədik, onlarsa imkanlarını yaxşı dəyərləndirdilər. İlk oyundan sonra da səhvlərimizə baxırdıq, danışırdıq ki, bunları təkrarlamayaq. İndi də görüşüb edəndə yadımıza düşür, danışırıq. Bəlkə də, əlimizə düşən fürsətləri qola çevirsəydik, nəticə də bizdən yana olardı (komanda.az).
Digər Xəbərlər
Xəbər Lenti
16 Aprel 18:10 Çək və bizə göndər!
16 Aprel 11:20 "Qarabağ" səssiz qaldı