Azərbaycanın tanınmış məşqçisi üçün ÖZƏL GÜN

15 Avqust 2020 18:06 Azərbaycan Futbolu 1 138
Azərbaycanın tanınmış məşqçisi üçün ÖZƏL GÜN

«Keşlə»nin idman direktoru Ramiz Məmmədov üçün 15 avqust əlamətdar gündür.

Azərbaycanın tanınmış futbol mütəxəssisi məhz bu gün doğum gününü qeyd edir.

52 yaşına qədəm qoyan R.Məmmədov futbolçu karyerası dönəmində iddialı klublarıın formasını geyinib. «Qarabağ», «Neftçi», «Kür-Nur», «Kəpəz», «Turan» kimi komandalarda çıxış edib. Eyni zamanda, İranda legioner həyatı yaşayb və millinin uğurları üçün də çalışıb.

Məşqçi kimi uzun illər «Qəbələ»nin sükanı arxasında dayanıb. Burada uğurlu fəaliyyəti ilə yadda qaldığından, 2011-ci ildə Azərbaycanın ən yaxşı baş məşqçisi seçilib.

ıb. Qazaxıstanda «Atırau» və İranda «Damaş»ın baş məşqçisi olub. 2017-ci ildən «Keşlə»də işləyir.

Sportinfo.az saytının kollektivi ad günü münasibətilə Ramiz Məmmədovu təbrik edir, ona uğurlar arzulayır!

Digər Xəbərlər
Xəbər Lenti