"Qarabağ"la oyun öncəsi komandasından narazılıq etdi

15 Avqust 2020 12:16 Azərbaycan Futbolu 881
"Qarabağ"la oyun öncəsi komandasından narazılıq etdi

"Matça pis başladıq, nəticədə qonaqlar erkən qol vurdu".

Sportinfo.az xəbər verir ki, bunu "Sileks"in baş məşqçisi Qoran Simov Şimali Makedoniya çempionatının II turunda "Pelister"lə ev oyunundan sonra keçirilən mətbuat konfransında deyib.

Çempionlar Liqasının I təsnifat mərhələsində "Qarabağ"ın rəqibi olan "Sileks"in çalışdırıcısı komandasının 2:2 hesablı bərabərliyinə münasibət bildirib. O, narazılığını gizlətməyib: "Oyuna nəzarət etsək də, çox qol şansımız olmadı. "Pelister" bura 1 xal dalınca gəlmişdi, istəyinə çatdı. İndi Çempionlar Liqasında "Qarabağ"la qarşılaşacağıq. Bakı səfəri öncəsi komandanın oyunundan razı qalmadım".

Qeyd edək ki, avqustun 18-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək “Qarabağ” – “Sileks” oyunu 20:00-da start götürəcək.

Digər Xəbərlər
Xəbər Lenti