"Keşlə" "Səbail"lə sülhə razılaşdı

14 Avqust 2020 20:30 Azərbaycan Futbolu 626
"Keşlə" "Səbail"lə sülhə razılaşdı

Azərbaycan Premyer Liqasında yeni mövsümə hazırlıqlarını davam etdirən “Səbail” və “Keşlə” bu gün yoxlama oyununda üz-üzə gəliblər.

Sportinfo.az xəbər verir ki, Bakı Olimpiya stadionunun ehtiyat meydançasında keçirilən matçda qapılara qol vurulmayıb. Bu komandaların Qəbələdəki toplanış çərçivəsində keçirilən yoxlama görüşündə “Keşlə” 2:0 hesabı ilə qalib gəlmişdi.

Qeyd edək ki, “Səbail” Azərbaycan Premyer Liqasının 1-ci turunda səfərdə “Neftçi” ilə, “Keşlə” isə “Sumqayıt”la qarşılacaq.

Yoxlama oyunu

14 avqust

Səbail – Keşlə 0:0

Bakı Olimpiya stadionu, ehtiyat meydança

Digər Xəbərlər
Xəbər Lenti