Tanınmış futbol adamının belə işləri də var imiş

9 Avqust 2020 00:00 Azərbaycan Futbolu 1 557
Tanınmış futbol adamının belə işləri də var imiş

Uzun illər AzTV və "İdman Azərbaycan" kanallarnda çalışmış Elnur Əşrəfoğlu burada qarşılaşdığı maraqlıı hadisə barədə danışıb.

Sportinfo.az xəbər verir ki, tanıınmış teleaparıcı Oleq Bloxinlə bağlı epizoldu bu cür nəql edib:

"İdman Azərbaycan"a rəhbərlik edirəm. Rəhbərliklə arada soyuqluq yaşanırdı, işdən ayrılmağa az qalıb. AZTV-nin sədri Arif Alışanov "İdman Azərbaycan"a nəzarəti Elşən adlı köməkçisinə tapşırıb.

Elşənin isə idmandan anlayışı yox idi. İşə gəlsəm də, içəri girmirəm, AZTV-nin qarşısındakı çayxanada oturub, dostlarla söhbət edib gedirəm. Kənan adlı inzibatçımız hər dəfə yaxınlaşaraq, "müəllim, xəbərləri kimin aparacağını yaz, Elşənə verim" deyirdi.

Elşən də öz növbəsində həmin sənədi Alışanova təqdim edirdi. Bir gün qələmi götürüb səhər filankəsin, günorta filankəsin, axşam isə Oleq Bloxinin xəbərləri aparacağını yazdım.

Həmin vaxt da bizdə indi Rus Dram Teatrında aktyor işləyən Oleq adlı diktor var idi. Kənan kağızı aparır Elşənə. Elşən də futboldan bixəbər adam, kağızı qoltuğuna vurub gedir sədrin yanına ki, xəbərlərin cədvəlini tutmuşam.

Arif müəllim də futbolu bilirdi, "axşam xəbərlərini Bloxin aparacaq" eşidəndə, soruşub ki, nə Bloxin?! Elşən də cavab verib ki, "Oleq Bloxin".

Alışanov dərhal zəng edib, "təcili otağıma gəl" söylədi. İçəri girən kimi "bəsdir də, yenə başlamısan köhnə işlərinə" deyib, guya əsəbləşdi. Ancaq için-için güldüyünü hiss etdim".

Xəbər Lenti