AFFA xəzinə tapdı - 1,5 milyon dollar qrant alacaq

29 İyul 2020 23:20 Azərbaycan Futbolu 970
AFFA xəzinə tapdı - 1,5 milyon dollar qrant alacaq

FIFA İcraiyyə Komitəsinin Bürosu koronavirus pandemiyasından zərər görən milli assosiasiyalara maliyyə yardımının göstərilməsini təsdiqləyib.

Sportinfo.az xəbər verir ki, futbol ictimaiyyəti üçün nəzərdə tutulan 1,5 milyard ABŞ dolları vəsait kişi və qadın, gənclər və kütləvi futbola kombinə olunmuş qrantlar sistemi və istiqrazlar sistemi vasitəsilə sərt tələblər əsasında ayrılacaq.

211 milli assosiasiyanın hər biri, o cümlədən AFFA 1 milyon ABŞ dolları qrant alacaq. Daha 500 min ABŞ dolları isə qadın futboluna yönəldiləcək. Üzv ölkələr hərəyə 5 milyon ABŞ dolları kredit də götürə biləcəklər.

Digər Xəbərlər
Xəbər Lenti