Naxçıvanda 12 komanda yaradıldı, sponsor da var

28 İyul 2020 19:02 Azərbaycan Futbolu 1 168
Naxçıvanda 12 komanda yaradıldı, sponsor da var

Naxçıvanda keçiriləcək çimərlik futbolu üzrə ilk muxtar respublika çempionatında iştirak edəcək komandalar və oyunların başlanma tarixi bəlli olub.

Sportinfo.az xəbər verir ki, Avqustun 6-da start götürəcək yarışda qeydiyyat prosesinin yekunlarına əsasən 12 komandanın iştirakı təsdiq olunub. P

andemiya dövrü ilə əlaqədar oyunların təşkili zamanı sanitar-gigiyenik qaydalara riayət olunması və önləyici tədbirlərin icrası xüsusi diqqətdə saxlanılacaq.

AFFA, AÇFF, NAXGİN və NFF-nin təşkilatçılığı, "Arazbet”in baş sponsorluğu ilə keçiriləcək yarışda 12 komanda 4 qrupda mübarizə aparacaq.

Dairəvi sistemlə oynanılacaq oyunlardan sonra hər qrupun ən yaxşı göstəriciyə malik 2 komandası pley-offa vəsiqə qazanacaq. Bu mərhələdə 1 oyunun nəticəsinə uyğun olaraq qaliblər əsas mükafata doğru irəliləyəcəklər.

Çempionat final və üçüncülük matçları ilə tamamlanacaq. İlk üçlükdə yer alan kollektivlər və fərqlənən oyunçular təşkilatçılar tərəfindən mükafatlandırılacaqlar.

Digər Xəbərlər
Xəbər Lenti