AFFA yeni nazirə müraciət edəcək – İtalyan üçün

16 İyul 2020 20:40 Azərbaycan Futbolu 780
AFFA yeni nazirə müraciət edəcək – İtalyan üçün

Elmar Məmmədyarov bu gün Xarici İşlər naziri vəzifəsindən azad olundu.

Sportinfo.az xəbər verir ki, E.Məmmədyarov həm də AFFA-nın İcraiyyə Komitəsinin üzvlərindən biridir.

İyulun 10-da AFFA-nın İcraiyyə Komitəsinin videokonfrans formatında keçirdiyi iclasda futbol millimizin yeni baş məşqçisi Canni De Byazinin Azərbaycana gətirilməsi ilə bağlı məsələ müzakirə olunmuşdu. Qərara alınmışdı ki, bu məsələ ilə E.Məmmədyarov məşğul olsun.

Bəs onun nazir vəzifəsindən çıxarılması bu məsələdə nə dərəcədə problem yarada bilər? Bununla bağlı AFFA İcraiyyə Komitəsində həmin qurumun vitse-prezidenti kimi təmsil olunan Vaqif Sadıqovun fikrini öyrəndik:

“Elmar Məmmədyarov işindən bu gün azad edilib. Ona görə də, indidən dəqiq söz söyləmək mümkün deyil. Amma böyük ehtimalla yeni Xarici İşlər naziri Ceyhun Bayramova müraciət olunacaq.

Üstəlik, karantin avqustun 1-də götürülə bilər. Belə olsa və sərhədlər açılacağı təqdirdə Canni De Byazinin bura gəlişi üçün xüsusi icazəyə ehtiyac qalmaya bilər” (oxu.az).

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı