AFFA Bernhard Lippertlə yolları ayırdı - QƏFİL QƏRAR

14 İyul 2020 12:02 Azərbaycan Futbolu 587
AFFA Bernhard Lippertlə yolları ayırdı - QƏFİL QƏRAR

AFFA-nın Texniki direktoru Bernhard Lippertin müqaviləsi 2020-ci il iyunun 30-da başa çatıb.

Sportinfo.az assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, almaniyalı mütəxəssislə müqavilə uzadılmayıb.

Texniki direktor vəzifəsinin icrası müvəqqəti olaraq AFFA-nın Kütləvi Futbol Departamentinin rəisi Cahangir Həsənzadəyə həvalə olunub.

AFFA rəhbərliyi Bernhard Lippertə gələcək karyerasında uğurlar arzulayıb.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!