Milliləşdirilmiş futbolçu şəhidlərlə bağlı paylaşım etdi - FOTO

13 İyul 2020 12:16 Azərbaycan Futbolu 1 372
Milliləşdirilmiş futbolçu şəhidlərlə bağlı paylaşım etdi - FOTO

Azərbaycan millisinin sabiq futbolçusu Ruslan Qurbanov cəbhə xəttində baş verənlərlə bağlı paylaşım edib.

Sportinfo.az xəbər verir ki, 29 yaşlı milliləşmiş hücumçu "Instagram"da "Neftçi"də çıxış etdiyi dönəmdəki fotosunu paylaşıb.

Ruslan Qurbanovun formasının üzərində "Şəhidlər ölməz, vətən bölünməz" yazılıb.

Ruslan Qurbanov hazırda klubsuzdur. O, son olaraq "Keşlə"nin formasını geyinib. Sosial şəbəkələrdə bir neçə azərbaycanlı futbolçu da şəhidlərlə bağlı paylaşım ediblər. Onlardan bəziləri Ruslan Qurbanovun fotosunu paylaşıblar.

İyulun 12-də Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqelərimizi ələ keçirmək məqsədilə artilleriya atəşindən istifadə edərək hücuma keçməyə cəhd göstərib.

Düşmən hücumunun qarşısını alarkən döyüşdə Azərbaycan Ordusunun hərbi qulluqçuları müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları çavuş Sadıqov Vüqar Lətif oğlu və baş əsgər Məmmədov Elşad Dönməz oğlu şəhid olub. Həkimlərimizin səyinə baxmayaraq ağır yaralanan hərbi qulluqçumuz əsgər Daşdəmirov Xəyyam Məhəmməd oğlu da şəhid olub.

Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində iyulun 13-nə keçən gecə ərzində də gərginlik davam edib. Artilleriya, minaatan və tankların tətbiqi ilə gedən gecə döyüşlərində bölmələrimizin dəqiq atəşi ilə düşmənin dayaq məntəqəsi, artilleriya qurğuları, hərbi hissəsi ərazisində avtomobil texnikası və canlı qüvvəsi məhv edilib. Döyüşdə Azərbaycan Ordusunun hərbi qulluqçusu baş leytenant Mahmudov Rəşad Rəşid oğlu şəhid olub.

Hazırda əməliyyat şəraiti qoşunlarımızın nəzarəti altındadır. Düşmənə qarşı cəza tədbirləri həyata keçirilir. Düşmən tərəfi itkiləri barədə məlumatları gizlədir.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı