Rüfət oynadı, komandası "La Qalaksi"ni darmadağın etdi - VİDEO

13 İyul 2020 14:36 Azərbaycan Futbolu 619
Rüfət oynadı, komandası "La Qalaksi"ni darmadağın etdi - VİDEO

Millimizin hücumçusu Rüfət Dadaşovun çıxış etdiyi Amerika Birinci Liqasında (USL) II turun oyunları keçirilib.

Sportinfo.az xəbər verir ki, futbolçumuzun komandası "Foneks Rayzinq” doğma meydanda "La Qalaksi II” ilə qarşılaşıb.

Oyun meydan sahiblərinin 4:0 hesablı qələbəsi ilə yekunlaşıb. Meydana start heyətində çıxan Rüfət 70-ci dəqiqədə əvəzlənib.

Koronavirus pandemiyasının ardından USL-də format dəyişikliyinə qərar verilib. Belə ki, klublar 4-5 komandadan ibarət qruplara ayrılıblar. Qrupu birinci və ikinci bitirən komandalar pley-offa vəsiqə qazanacaqlar. Hazırda "Foneks Rayzinq” 2 oyuna 6 xalla 2-ci sıradadı.

Xəbər Lenti