"Möhkəm olun, igid tovuzlular və qəhrəman Azərbaycan əsgəri"

13 İyul 2020 14:22 Azərbaycan Futbolu 645
"Möhkəm olun, igid tovuzlular və qəhrəman Azərbaycan əsgəri"

Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində vəziyyət yenidən gərginləşib.

Sportinfo.az xəbər verir ki, düşmən hücumunun qarşısını alarkən döyüşdə Azərbaycan Ordusu 4 şəhid verib.

Qardaş Türkiyənin bir çox tanınmış simaları kimi, vaxtilə ölkəmizdə Tovuzun "Turan" klubunun baş məşqçisi olmuş Naci Şensoy da hadisəyə biganə qalmayıb.

Təcrübəli mütəxəssis feysbuk səhifəsi vasitəsilə Azərbaycan əsgərinə dəstəyini nümayiş etdirib: "Möhkəm olun, igid tovuzlular və qəhrəman Azərbaycan əsgəri. Siz heç vaxt yalnız olmayacaqsınız. Tovuzlu igid şəhidimizin ruhu şad olsun".

İyulun 12-də günorta saatlarından başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində atəşkəs rejimini kobud şəkildə pozaraq artilleriya qurğularından istifadə etməklə mövqelərimizi atəşə tutublar. Azərbaycan Ordusu adekvat cavab tədbirləri həyata keçirib və düşmən itki verərək geri otuzdurulub.

Digər Xəbərlər
Xəbər Lenti