Azərbaycan çempionatında “konfet kağızı”na verilən oyun…

13 İyul 2020 12:02 Azərbaycan Futbolu 668
Azərbaycan çempionatında “konfet kağızı”na verilən oyun…

“Bir dəfə “Kəpəz”in bərkgedən vaxtlarında zəif komandalardan birini Gəncədə qəbul edirik.

Güclər nisbətini nəzərə alanda qonaqlara rahat 5-6 top vuracağımızı bilirik. Ancaq baş məqşçimiz Mehman Allahverdiyev futbolçulara risk etməməyi, “1:0 olsun, bizim olsun” tapşırığını verib“.

Sportinfo.az xəbər verir ki, bu sözlər “Kəpəz“in sabiq baş meneceri Nofəl Əzimova məxsusdur. O, Gəncə təmsilçisində çalışdığı vaxt qarşılaşdığı maraqlı hadisə barədə danışıb:

“İlk dəqiqələrdən oyun üstünlüyünə yiyələnib, rəqib komandanın cərimə meydançasında otursaq da, top qapıya girmirdi ki girmirdi. Vəziyyət o həddə çatmışdı ki, sonuncu müdafiəçi mövqeyində oynayan futbolçumuz da meydanın mərkəzini keçib, hücuma dəstək verirdi.

İlk yarı qolsuz bitdi. Fasilədən sonra da ssenari dəyişmədi. Yenə hücum edən tərəf olsaq da, top qapı xəttini keçmirdi. Qapıçı elə topları çıxarırdı ki, onu ancaq fantastik filmlərdə, məsələn, “şaolin futbolu”nda görmək mümkündür.

Sona 15 dəqiqə qalmış artıq ehtiyatlanmağa başladıq. Tahir Əliyevlə birgə rəqib qapısının arxasına tərəf gedərək, arxa tərəfdən qapının içinə “konfet kağızı” tulladıq.

80 dəqiqə “əjdaha” təsiri bağışlayan, özünü “həlak edən” qokiper “kağızı” görən kimi, geriyə boylanıb “bu başqa məsələ, mən sizi fasilədə gözləyirdim” dedi.

Bu dialoqun üstündən heç 3 dəqiqə keçməmiş Fazil Pərvərov təxminən 40 metrdən hesabı açdı. Həmin qolda Fazildən çox həmin qapıçının “xidməti” oldu“.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!