Azərbaycanlı futbolçunun işləri yaxşı gedir - VİDEO

13 İyul 2020 14:50 Azərbaycan Futbolu 751
Azərbaycanlı futbolçunun işləri yaxşı gedir - VİDEO

Moldova çempionatında 3-cü turun oyunları keçirilir.

Sportinfo.az xəbər verir ki, Azərbaycanın gənclərdən ibarət yığmasının sabiq üzvü Dmitri Nağıyevin formasını geyindiyi “Dinamo-Avto” da növbəti matçına çıxıb.

Sözügedən komanda doğma meydanda “Buyukani” ilə qarşılaşıb. Nağıyevin komandası bu oyundan qələbə ilə ayrılıb - 1:0. Millimizin sabiq müdafiəçisi də bu görüşün iştirakçısı olub.

O, start heyətdə meydana çıxıb və 84-cü dəqiqədə əvəzlənib. İlk turda bir qola imza atan Dmitri bu dəfə fərqlənə bilməyib. Üç turdan sonra 6 xalı olan “Dinamo-Avto” 10 kollektiv arasında 3-cü pillədə qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti