27 il sonra bu rayonda böyük futbol olacaq - VİDEOLAR

12 İyul 2020 20:20 Azərbaycan Futbolu 1 587
27 il sonra bu rayonda böyük futbol olacaq - VİDEOLAR

Sportinfo.az xəbər verir ki, Şamaxı Mərkəzi Stadionu 1982-ci ildə inşa olunub.

Burada «Şirvan»ın iştirakıyla keçirilən son oyun 1993-cü ilə təsadüf edir.

O zamandan bəri arena yavaş-yavaş diqqətdən kənarda qalıb və əvvəlki görkəmini itirib. İndi isə AFFA ilə Şamaxı Rayon İcra Hakimiyyətinin birgə layihəsi əsasında Şamaxı şəhərində yeni stadionun inşasına başlanılıb.

2200 tamaşaçı tutumuna malik stadionda müvafiq standartlara cavab verən əsas meydandan başqa, iki süni örtüklü meydançanın da inşası layihədə öz əksini tapıb.

Əsas meydanın tribunaları tavanla örtüləcək. Süni örtüklü meydançalarda isə ümumilikdə 300 azarkeş üçün oturacaqlar quraşdırılacaq. Əsas meydanın ətrafında qaçış zolağı olacaq.

Stadionun inşasının maliyyələşdirilməsi UEFA-nın “Hat-Trick” layihəsi və AFFA-nın büdcəsi hesabına həyata keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti