Azərbaycanlı futbolçu yeni klubunda siftə etdi - VİDEO

10 İyul 2020 10:24 Azərbaycan Futbolu 871
Azərbaycanlı futbolçu yeni klubunda siftə etdi - VİDEO

Moldova çempionatında 2-ci turun oyunları keçirilir.

Sportinfo.az xəbər verir ki, Azərbaycanın yığmasının sabiq üzvü Amit Quluzadənin formasını geyindiyi “Milsami” də növbəti matçına çıxıb.

Sözügedən komanda səfərdə “Buyukani” ilə qarşılaşıb. Quluzadənin komandası bu oyundan heç-heçə ilə ayrılıb - 0:0. Millimizin sabiq üzvü də bu görüşün iştirakçısı olub.

Amit 59-cu dəqiqədə meydana çıxmaqla həm yeni komandasında ilk rəsmi oyuna çıxıb, həm də Moldova çempionatında debüt edib. İki turdan sonra 2 xalı olan “Milsami” 10 kollektiv arasında 7-ci pillədə qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti