AFFA bu çempionata 10-cu komandanı da buraxdı

1 İyul 2020 16:00 Azərbaycan Futbolu 2 415
AFFA bu çempionata 10-cu komandanı da buraxdı

AFFA Gənclər Liqası iştirakçılarının sayını artırıb.

Sportinfo.az-ın məlumatına görə, növbəti mövsümdən bu yarışda 10 komanda mübarizə aparacaq.

Federasiya İsgəndər Cavadov adına Bakı Futbol Akademiyasını (BFA) 19 yaşlıların çempionatına buraxmağı lazım bilib.

Gənclər Liqası Premyer Liqa təmsilçiləri üçün nəzərdə tutulub Qurum istisna kimi «Tufan» və BFA-nı qəbul edib. Yarışın qalibi UEFA Gənclər Liqasında iştirak hüququ qazanır.

Bakı Futbol Akademiyası Abşeron Olimpiya Kompleksində məskunlaşıb. Artıq 4 ildir ki, fəaliyyət göstərir. 5 yaş qrupu üzrə komandası olan BFA AFFA-nın bayrağı altında keçirilən turnirlərdə qüvvəsini sınayır.

Akademiyanın baş məşqçisi və koordinatoru Qəhrəman Əliyevdir. Təbii ki, BFA mövcudiyyətini qorumasına görə Yaşar Seyidova borcludur. Bütün çətinliklərə baxmayaraq, o, Abşeronda futbolun ənənələrini qoruyub saxlamağı bugünədək bacarıb.

Digər Xəbərlər
Xəbər Lenti