Fərid Nəbiyev Çexiyada bunu da gördü

28 İyun 2020 23:00 Azərbaycan Futbolu 815
Fərid Nəbiyev Çexiyada bunu da gördü

Çexiya 2-ci divizionunda 27-ci turun oyunları keçirilib.

Sportinfo.az xəbər verir ki, azərbaycanlı futbolçular – Fərid Nəbiyevlə Samir Qurbanovun formasını geyindiyi “Viktoriya” (Jijkov) da növbəti matçına çıxıb.

Sözügedən komanda səfərdə “Brno” ilə qarşılaşıb. Jijkov təmsilçisi bu oyundan məğlubiyyətlə ayrılıb - 1:6. Fərid də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb.

Cari mövsümdə iki qol vuran Nəbiyev bu dəfə fərqlənə bilməyib. O, sadəcə, 39-cu dəqiqədə sarı vərəqə almaqla diqqət mərkəzinə düşüb. Əvəzedici komandanın üzvü olan Samir isə bu görüşün iştirakçısı olmayıb.

“Viktoriya” hazırda 46 xalla 16 kollektiv arasında 4-cü pillədə qərarlaşıb.

Xəbər Lenti