Azərbaycanlı hücumçu həm gözəl qol vurdu, həm də qovuldu - VİDEO

28 İyun 2020 17:40 Azərbaycan Futbolu 1 080
Azərbaycanlı hücumçu həm gözəl qol vurdu, həm də qovuldu - VİDEO

Azərbaycanlı hücumçu Nurlan Novruzov Estoniya Yüksək Liqasında qol vurub.

Sportinfo.az xəbər verir ki, onun çıxış etdiyi “Narva-Trans” komandası IX turda “Levadiya”nı qəbul edib.

4:4 hesabı ilə yekunlaşan görüşdə N.Novruzov 16-cı dəqiqədə komandasının üçüncü qolunu rəqib qapısından keçirib.

Ancaq o, 39-cu dəqiqədə qırmızı vərəqə alaraq, meydandan qovulub.

Xəbər Lenti