Məğlubiyyət futbolçumuzun "alın yazısı"dır? - VİDEO

28 İyun 2020 15:40 Azərbaycan Futbolu 698
Məğlubiyyət futbolçumuzun "alın yazısı"dır? - VİDEO

Ukrayna Premyer Liqasında 28-ci turun oyunları keçirilib.

Sportinfo.az xəbər verir ki, Azərbaycan yığmasının müdafiəçisi Pavel Paşayevin formasını geyindyi “Aleksandriya” da növbəti matçına çıxıb.

Sözügedən komanda səfərdə “Kolos”la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan 1:2 hesablı məğlubiyyətlə ayrılıb.

Paşayev də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 69-cu dəqiqədə əvəzlənib. “Aleksandriya” 28 turdan sonra 43 xalla çempionluq uğrunda mübarizə aparan ilk "altılıq"da 5-ci pillədə qərarlaşıb.

Xəbər Lenti