Rəşad Sadıqov Elxan Məmmədovla görüşündə nələrdən danışıb? - ÖZÜ AÇIQLADI

27 İyun 2020 17:10 Azərbaycan Futbolu 879
Rəşad Sadıqov Elxan Məmmədovla görüşündə nələrdən danışıb? - ÖZÜ AÇIQLADI

İlin əvvəlində Rəşad Sadıqovun AFFA-nın icraçı vitse - prezidenti və baş katibi Elxan Məmmədovla görüşdüyünü xəbər vermişdik.

Sportinfo.az xəbər verir ki, bir neçə gün əvvəl karyerasın başa vuran 14 nömrə uzun müddətdən sonra məlum görüş haqqında danışıb: "Bəli, mənim Elxan Məmmədovla göüşüm oldu. Görüş xüsusi reaksiya verdi. Saytlarda görüşlə bağlı yazılar da getdi.

Ümumiyyətlə, bizim daima görüşlərimiz olur. Bu nə birinci görüşüdü, nə də axırıncı görüşdü. Daim telefonla da danışığımız olur. Hər hansısa oyunda qələbə qazananda təbrik edir və yaxud da millinin uğurlu çıxışı olanda mən təbrik edirəm.

Elxan müəllim federasiyanın baş katibi olandan sonra bizdə bu münasibət var. Sadəcə bu görüş xəbər kimi çox danışıldı. Düzdü, bir müddət idi görüşmürdük. Bu dəfə görüşdük və adi görüşlərdən biri idi. Futbolu müzakirə etdik, futboldan danışdıq, başqa msələlərdən danışdıq. Xüsusi bir görüş deyildi ki, onu nə iləsə xüsusiləşdirəsən. Bu əvvəl də olub, həmən gün də oldu, bundan sonra da ola bilər"

Xəbər Lenti