Sumqayıt stadionunda otelin tikintisi niyə ləğv edildi?

26 İyun 2020 16:00 Azərbaycan Futbolu 1 379
Sumqayıt stadionunda otelin tikintisi niyə ləğv edildi?

Xəbər verdiyimiz kimi, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionun yenidənqurulması lahiyəsində otelin tikintisi də nəzərdə tutulmuşdu. Lakin sonradan otel lahiyədən çıxardıldı.

Sportinfo.az xəbər verir ki, otelin lahiyədən çıxarılmasının səbəbəbi məlum olub.

Etibarlı mənbədən ötürülən məlumata görə, hazırda paralel olaraq inşaatı davam etdirilən və Xəzər sahili boyunda Şimala doğru uzadılıan Sumqayıt bulvarında bir neçə otelin tikintisi də nəzərdə tutulub. Həmin otellərdən biri də məhz stadionun yaxınlığında tikiləcək. Məhz bu səbəbdən əlavə xərcdən qaçınmaq üçün stadionun lahiyəsindən otel çıxardılıb. Hər necə olsa, 50-60 metr yaxınlıqda otel olacaq ki, bu da stadionun xidmətindən istifadə edən qonaq komandalara sərf edəcək. (Rekord.az)

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"