“Oyundan əvvəl hamı “Qəbələ”ni favorit hesab edirdi" - Maksimov Azərbaycanda qazandığı titulu yada saldı

26 İyun 2020 14:50 Azərbaycan Futbolu 567
“Oyundan əvvəl hamı “Qəbələ”ni favorit hesab edirdi" - Maksimov Azərbaycanda qazandığı titulu yada saldı

“Bilirsiz, kubok matçlarının da öz qaydaları var. İki il əvvəl rəhbərlik etdiyim “Keşlə” ilə Azərbaycan kubokunun finalında Roman Qriqorçukun “Qəbələ”siylə qarşılaşırdım”

Sortinfo.az xəbər verir ki, bu sözləri Ukraynanın “Vorskla” klubunun baş məşqçisi Yuri Maksimov ölkə kubokunun finalında Kiyev “Dinamo”su ilə qarşılaşacaqları matç haqda danışarkən deyib

O, Ukraynda Futbol Federasiyasının rəsmi saytına müsahibəsində “Keşlə”ni çalışdırarkən Azərbaycan kubokunu qazandıqlarını xatırlayıb: “Oyundan əvvəl hamı “Qəbələ”ni favorit hesab edirdi, ancaq mənim komandam qələbə qazandı. 2009-cu ildəki “Vorskla” – “Şaxtyor” matçında da favorit donetsklilər olsa da, kubok Poltavaya getmişdi”.

Qeyd edək ki, Maksimov 2017/18 mövsümündə “Keşlə”ni çalışdırıb. O, paytaxt klubuna Azərbaycan kubokunu qazandırıb. Komanda həlledici görüşdə “Qəbələ”ni 1:0 udub.

“Dinamo” (Kiyev) – “Vorskla” final matçı isə iyulun 8-də keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"