Azərbaycan futboluna 1,5 milyon ayrıldı – Kisənin ağzı açıldı

26 İyun 2020 12:16 Azərbaycan Futbolu 603
Azərbaycan futboluna 1,5 milyon ayrıldı – Kisənin ağzı açıldı

FIFA milli federasiyalara koronavirus pandemiyasının təsiri ilə mübarizə aparmaq üçün 1.5 milyard ABŞ dolları ayırıb.

Sportinfo.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, AFFA da daxil olmaqla, təşkilata üzv 211 assosiasiyanın hər birinə 1 milyon dollar, qadın futbolunun inkişafı üçün əlavə 500 min dollar qrant ödəniləcək.

6 konfederasiyanın hər biri 2 milyon dollar alacaq. Bu ödənişlər FIFA-nın planının ilk iki mərhələsində ediləcək. Üçüncü mərhələdə hər bir milli assosiasiya 500 min dollardan 5 milyon dollaradək kredit almaq üçün müraciət hüququna malik olacaq. Lakin məbləğ illik gəlirin 35 faizindən çox olmamalıdır.

Konfederasiyalara 4 milyon dollaradək kredit təklif ediləcək, xərclərin səmərəliliyinə nəzarət edən xüsusi komitə yaradılacaq.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"