Fərid Nəbiyev “Viktoriya”da ilk rəsmi qolunu vurdu

6 İyun 2020 22:40 Azərbaycan Futbolu 1 202
Fərid Nəbiyev “Viktoriya”da ilk rəsmi qolunu vurdu

Çexiya 2-ci divizionunda 21-ci turun oyunları keçirilib.

Sportinfo.az xəbər verir ki, azərbaycanlı futbolçular – Fərid Nəbiyevlə Samir Qurbanovun formasını geyindiyi “Viktoriya” (Jijkov) da növbəti matçına çıxıb.

Sözügedən komanda doğma meydanda “Lisen”lə qarşılaşıb. Jijkov təmsilçisi bu oyundan qələbə ilə ayrılıb - 2:1. Fərid də bu görüşün iştirakçısı olub.

O, start heyətdə meydana çıxıb və sonadək oynayıb. Komandasının ilk qolunu da 35-ci dəqiqəqə Nəbiyev vurub. Bununla da o, sözügedən çempionatda ilk rəsmi qoluna imza atıb.

Əvəzedici komandanın üzvü olan Samir isə bu görüşün iştirakçısı olmayıb. “Viktoriya” hazırda 38 xalla 16 kollektiv arasında 4-cü pillədə qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti