Futbol ictimaiyyətindən gizli qəhrəmanlara... - VİDEO

31 May 2020 13:20 Azərbaycan Futbolu 538
Futbol ictimaiyyətindən gizli qəhrəmanlara... - VİDEO

Azərbaycan futbol ictimaiyyəti koronavirus pandemiyası ilə mübarizədə iştirak edənlərə təşəkkürünü bildirib.

Sportinfo.az xəbər verir ki, AFFA bununla bağlı rəsmi "Facebook" səhifəsində video paylaşıb.

Videoçarxda Azərbaycanın əsas, qadınlardan ibarət və müxtəlif yaş kateqoriyaları üzrə milli komandalarının futbolçuları, yığma və klubların baş məşqçiləri yer alıblar.

AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov, vitse-prezident və Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov, Məşqçilər Komitəsinin üzvü Ağasəlim Mircavadov, veteran futbolçu Vəli Qasımov, AFFA-nın texniki direktorunun köməkçisi Yunis Hüseynov da Gizli Qəhrəmanlara təşəkkür edənlər ırasındadır.

Xəbər Lenti