Fərid oynadı, Samir baxdı, “Viktoriya” evində uduzdu

30 May 2020 17:10 Azərbaycan Futbolu 420
Fərid oynadı, Samir baxdı, “Viktoriya” evində uduzdu

Çexiya 2-ci divizionunda 19-cu turun oyunları keçirilib.

Sportinfo.az xəbər verir ki, azərbaycanlı futbolçular – Fərid Nəbiyevlə Samir Qurbanovun formasını geyindiyi “Viktoriya” (Jijkov) da növbəti matçına çıxıb.

Sözügedən komanda doğma meydanda “Xrudim”lə qarşılaşıb. Jijkov təmsilçisi bu oyundan məğlubiyyətlə ayrılıb - 0:1. Fərid də bu görüşün iştirakçısı olub.

O, start heyətdə meydana çıxıb və 82-ci əvəzlənib. Əvəzedici komandanın üzvü olan Samir isə bu görüşün iştirakçısı olmayıb. “Viktoriya” hazırda 32 xalla 16 kollektiv arasında 6-cı pillədə qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”