Azərbaycanlı sabiq futbolçu rinqə çıxdı, döyüldü - VİDEO

30 May 2020 10:52 Azərbaycan Futbolu 524
Azərbaycanlı sabiq futbolçu rinqə çıxdı, döyüldü - VİDEO

Ukrayna millisinin əslən azərbaycanlı sabiq futbolçusu Aleksandr Əliyev ilk boks döyüşünü keçirib.

Sportinfo.az xəbər verir ki, keçmiş yarımmüdafiəçinin rəqibi ukraynalı aktyor və model Nikita Vakulyuk olub. Vakulyuk xal hesabı ilə qalib gəlib.

3 raunddan ibarət görüş "Döyüş" şousu çərçivəsində təşkil olunub. Burada məşhurlar boks qaydaları ilə döyüşlər keçirirlər.

35 yaşlı Aleksandr Əliyev Kiyev "Dinamo"sunun heyətində ikiqat Ukrayna çempionu və ölkə kubokunun qalibi olub. O, futbolçu karyerasını 20016-cı ildə başa vurub.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı