"Şəxsən mən bir futbolçu kimi Quliyevin üstündən xətt çəkməzdim"

28 May 2020 14:08 Azərbaycan Futbolu 655
"Şəxsən mən bir futbolçu kimi Quliyevin üstündən xətt çəkməzdim"

Moskva "Spartak"ının baş direktoru Tomas Tsorn azərbaycanlı futbolçu Ayaz Quliyevin əsas komandadan uzaqlaşdırılmasına münasibət bildirib.

Sportinfo.az xəbər verir ki, o, intizamsızlıq səbəbindən əvəzedici heyətə göndərilən yarımmüdafiəçi ilə bağlı qərarın dəyişdiriləcəyini istisna etməyib.

Quliyev cari mövsüm "Spartak"ın heyətində Rusiya Premyer Liqasında 11 oyun keçirib. Tsornun sözlərinə görə, bu, Quliyevin özünü necə göstərməsindən asılı olacaq:

"Rezonans doğuran bir hadisə idi. Ancaq bunlar mən gəlməmişdən əvvəl olub. Şəxsən mən bir futbolçu kimi Quliyevin üstündən xətt çəkməzdim. Görək

Ayazla bağlı bundan sonra nələr olacaq, harada və necə qərarlaşacaq. Hazırkı qərara əsasən bir müddət əvəzedici komandada olacaq. İşini və kluba münasibətini müşahidə edəcəyik.

Bunun əsasında bir nəticə çıxaracağıq. Mövsümün bərpasına dörd həftə vaxt var. Bu müddət ərzində nə olacağını heç kim bilmir.

Hələlik Quliyevin iyunun 10-dan "Spartak-2" ilə məşqlərə başlayacağını güman edirik. Şəxsən mən onunla hələ danışmamışam, amma mütləq söhbətimiz olacaq".

Digər Xəbərlər
Xəbər Lenti
22 Aprel 18:10 Çək və bizə göndər!