"Bakı"nın bazasından sonra vitse-prezidentin evi də plana düşdü

27 May 2020 19:02 Azərbaycan Futbolu 969
"Bakı"nın bazasından sonra vitse-prezidentin evi də plana düşdü

Türkiyə şirkəti tərəfindən «Bakı»nın keçmiş bazasında aparılan söküntü işləri sürət yığıb.

Biləcəri qəsəbəsində yerləşən klmpleksin böyük hissəsi artıq yerlə bir edilib. İyunun sonunadək buranın tamamilə sökülməsi gözlənilir.

Artıq ərazi tamamilə dəmir hasara alınıb. Bazanın yerində nəhəng yaşayış massivinin salınması nəzərdə tutulub. Deyəsən, ərazini satan alan yeni mülkiyyətçi yalnız bazayla kifayətlənməyəcək.

Ətrafdakı 10 evin də plana düşdüyü söylənilir. Həmin evlərdən biri də «Bakı»nın keçmiş vitse-prezidenti Zeynal Məmmədova məxsusdur. Onun həmin mənzilə 300 min manat qiymət qoyduğu deyilir.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”