”Mənsimova görə sözüm yerə düşsə, gərək xəcalətimdən ölüm”

5 Aprel 2020 12:02 Azərbaycan Futbolu 811
”Mənsimova görə sözüm yerə düşsə, gərək xəcalətimdən ölüm”

“Bilirsiz ki, koronavirusa görə Türkiyəyə və başqa ölkələrə getmək mümkün deyil, mən də onun yaxınlarıyla burda fikir mübadiləsi edirəm. Mübariz bəy azadlığa çıxandan sonra, sözsüz ki, biz onunla görüşəcəyik”.

Sportinfo.az xəbər verir ki, bunu Əməkdar artist Baloğlan Əşrəfov Mübariz Mənsimovun həbsi haqda danışarkən deyib.

O, ”Xəzər Lənkəran”ın sahibinin azadlığa çıxacağına ümidli olduğunu bildirib: “Yəqin ki, Allahın köməkliyi ilə azadlığa çıxar. Mübariz bəyin bütün qohum-əqrəbası, qardaşları da Azərbaycandadır. Mən də onun yaxınlarıyla burda fikir mübadiləsi aparıram”.

Əməkdar artist ziyalıların da müraciətinə münasibət bildirib: “Ziyalıların Mübariz bəylə bağlı müraciətini görmüşəm, amma siyasətin elə bir forması var ki, onu gərək hər kəs dəqiq bilsin. Mən bilsəm ki evimi, maşınımı satmaqla Mübariz bəyin azadlığına nail olacam, edərəm.

Amma bu, mümkün deyil. Mən çox şeydən qorxuram. Qorxuram ki, sözüm yerə düşər, dediyim olmaz və bu, mənə pis təsir edər. Mübariz bəylə bağlı müraciət etməyin yolunu bilmirəm. Müraciət edərəm və nəticə olmasa, gərək xəcalətimdən ölüm”.

Digər Xəbərlər
Xəbər Lenti