UEFA: Azərbaycan Premyer Liqasını davam etdirin

1 Aprel 2020 16:40 Azərbaycan Futbolu 850
UEFA: Azərbaycan Premyer Liqasını davam etdirin

UEFA Çempionlar Liqası və Avroliqa ilə bağlı qərarını verdi.

Sportinfo.az xəbər verir ki, bu gün 55 ölkənin nümayəndəsi ilə keçirilən videokonfransda bir sıra məsələlər müzakirə edilib.

Almaniyanın nüfuzlu “Bild” nəşrinin məlumatına görə, toplantı zamanı avrokubok matçlarının taleyi bəlli olub. Qrum Çempionlar Liqası və Avroliqa qarşılaşmalarının iyul-avqust ayları arasında keçirilməsinə qərar verib.

Bununla yanaşı, ölkə çempionatlarının gələcəyi ilə bağlı da müzakirələr davam edib. UEFA federasiya nümayəndələrinə bir neçə təklif paketi təqdim edib.

UEFA-nın avrokuboklarla paralel olaraq, milli çempionatların da keçirilməsini tövsiyə etdiyi bildirilib. Daha ətraflı məlumatın yaxın saatlarda veriləcəyi bildirilib.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"