"Oktyabrda lisenziyalaşdırma qaydaları ilə bağlı iclas keçiriləcək".
Sportinfo.az xəbər verir ki, bunu AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev İcraiyyə Komitəsinin bugünkü iclasından sonra jurnalistlərə açıqlamasında deyib.
Qurum rəsmisi tədbirdə yeni qaydaların təsdiqləndiyini bildirib:
"İlk növbədə lisenziyalaşdırma ilə bağlı müəyyən qaydalar təsdiq olundu. Həmin qaydalar yaxın günlərdə klublara göndəriləcək.
Həmçinin oktyabrda lisenziyalaşdırma mövsümünün açılış tədbiri keçiriləcək. Həmin iclasda sözügedən qaydalarla bağlı ətraflı məlumat veriləcək".