Azərbaycanda polisə tabe olmayıb, futbol oynadılar – ŞOK VİDEO

31 Mart 2020 14:22 Azərbaycan Futbolu 891
Azərbaycanda polisə tabe olmayıb, futbol oynadılar – ŞOK VİDEO

Azərbaycanda bir neçə gündür xüsusi karantin tətbiq olunub.

Dünəndən isə ölkə ərazisində fərdi evlərdən və mənzillərdən insanların çıxışı bir qədər də məhdudlaşdırılıb.Artıq insanların hərəkətinə polislə yanaşı, Daxili Qoşunların hərbi xidmətçiləri də nəzarət edir.

Buna baxmayaraq, bəzi vətəndaşlar məsuliyyətsiz davranışından əl çəkmir. Sportinfo.az-ın "Whatsapp" nömrəsinə (077-376-86-96) göndərilən bu videodan göründüyü kimi, bir qrup həvəskar futbolçu kənd stadionunda meydana çıxıb.

Onlar polisin çağırışına məhəl qoymayaraq, futbol oynamaqda davam edib.

Xəbər Lenti
18 Mart 11:00 Görürsüz, nə var?