Assosiasiyalar milli turnirlərin tarixini müəyyənləşdirə bilər.
Sportinfo.az xəbər verir ki, bunu UEFA-nın vitse-prezidenti Mikele Uva açıqlayıb.
O bildirib ki, koronavirus pandemiyası üzündən dayandırılan daxili çempionat və kubok yarışlarının taleyinə ölkələrin özləri aydınlıq gətirməlidir:
“Hər assosiasiya çempionatı ilə bağlı qərar verə, tarixləri, həmçinin aşağı və yuxarı dəstəyə keçən komandaları müəyyənləşdirə biləcək. UEFA bir tarix təyin edəcək ki, həmin vaxta qədər növbəti avrokubok mövsümündə oynamağa vəsiqə qazanan klubların siyahısı təqdim olunmalıdır”.
Belarus istisna olmaqla, UEFA-ya üzv olan bütün ölkələrdə daxili yarışlar dayandırılıb. Aprelin 1-də qitə futbol qurumu milli assosiasiyalarla videokonfrans təşkil edəcək. Hələlik növbəti avrokubok mövsümünün iyulda başlamalı olan təsnifat mərhələləri təxirə salınmayıb.