Həbsdə olan Mübariz Mənsimovdan YENİ XƏBƏR

31 Mart 2020 09:28 Azərbaycan Futbolu 1 013
Həbsdə olan Mübariz Mənsimovdan YENİ XƏBƏR

“Xəzər Lənkəran”ın sahibi, hazırda həbsdə olan Mübariz Mənsimov ölüm aclığını dayandırıb.

Sportinfo.az xəbər verir ki, bu barədə “Palmali” Şirkətlər Qrupunun mətbuat katibi məlumat yayıb.

Mübariz Mənsimovun evində və ofisində İstanbul polisi 15 martda axtarış aparmış və milyarder saxlanılmışdı. 17 martda isə İstanbul Məhkəməsi Mübariz Mənsimov haqda istintaq müddətində həbs qərarı verdi.

O, FETÖ ilə işbirliyində ittiham edilir. Azərbaycanlı milyarder ittihamı rədd edərək, buna qarşı ölüm aclığına başlamışdı.

Xəbər Lenti