İspaniyalı ulduz Bakıda saçını kəsdirdi, bərbərə Fransada iş təklif etdi - VİDEO

25 Mart 2020 10:38 Azərbaycan Futbolu 925
İspaniyalı ulduz Bakıda saçını kəsdirdi, bərbərə Fransada iş təklif etdi - VİDEO

"Çelsi"nin keçmiş ispaniyalı ulduzu Sesk Fabreqas Bakıda saç ustasına Fransada iş təklif edib.

Sportinfo.az xəbər verir ki, Avropa Liqasının final görüşü üçün Bakıya gələn yarımmüdafiəçi saç ustası İkram Yəhyayevə maraqlı təklif edib.

Bakıda bir dəfə saçını kəsdirən futbolçu ikinci dəfə də məhz axtarıb İkram Yəhyayevi tapıb. Bərbərin əl işini futbolçu o qədər bəyənib ki, ona bir neçə təklif edib.

İkram Yəhyayev deyir ki, Fabreqasın saçını kəsmək onun heç vaxt ağlına da gəlməzdi. Fabreqas saçını kəsdirdikdən sonra onunla söhbət edib və onun kimi istedadlı insan üçün yaxşı iş olacağını deyib. Hətta bildirib ki, saçının seyrələn hissələrini indiyə qədər onun kimi örtən olmayıb.

İkram Yəhyayev xatırladır ki, hər zaman virtual futbol oyunlarını oynayan zaman Fabreqasın zəif zərbələrinin olduğunu düşünüb. Lakin bunu oyunçunun özünə deyə bilməyib.

Sesk Fabreqas sonuncu dəfə bərbərə menecerinin onunla əlaqə saxlayacağını deyib. Hazırda İkram Yəhyayev məşhur futbolçudan gələcək təklifləri gözləyir.

Digər Xəbərlər
Xəbər Lenti