Hacı Nuran Mübariz Mənsimovla bağlı hər şeyi açdı: "Gizlətməyəcəm..."

23 Mart 13:54 Azərbaycan Futbolu 917
Hacı Nuran Mübariz Mənsimovla bağlı hər şeyi açdı:

Sportinfo.az xəbər verir ki, tanınmış teleaparıcı Hacı Nuran «Xəzər LənkəraN»ın həbs edilən yaradıcısı Mübariz Mənsimova dəstək olub.

O bildirib ki, M.Mənsimovun bir iftiraya, bir şərə uğradığı bəlli olacaq:

"Son günlər onun adı dövrü mətbuatda tez-tez hallanır. Haqqında deyilənlərin nə dərəcədə doğru olub-olmadığını deyə bilmərəm .

Çünki O, hazırda Türkiyədə həbsdədi və istintaq materiallarının tədqiqindən sonra Mübariz Mənsimovun bir iftiraya, bir şərə uğradığı bəlli olacaq yəqin ki .

Çünki hamı Mübariz Mənsimovun necə bir oğul, necə bir iş adamı olduğunu yaxşı bilirlər . Bu o Mübariz Mənsimovdur ki, etdiyi yardımları da, xeyriyyəçiliyi də həmişə gizlədib, reklam etməyib .

Bu, o Mübariz Mənsimovdur ki, bütün canı, qanı qədər Azərbaycana bağlıdır . Ən sıravi vətəndaşından tutmuş, ən yüksək məmuruna kimi hamını özünə doğma sayan adamdı Mübariz .

Düşünürəm ki, O başqa cür ola da bilməz . Adı Mübariz olanların buna haqqı yoxdur çünki . Bu gün iş adamı, Palmali Şirkətlər Qrupunun sahibi Mübariz Qurban oğlu Mənsimovun 22.03.1968 doğum günüdür .

Gizlətməyəcəm: onun kimi bir iş adamının həbsdə olması, ad gününü doğmalarının əhatəsində deyil, həbsdə keçirtməsi bir azərbaycanlı kimi məni də çox təsirləndirir .

Və təəssüf edirəm . Çünki Mübariz Mənsimov zindanlara layiq oğul deyil . Haqq nazilər, üzülməz deyirlər . Sənin haqqının öz yerini tapacağı gün uzaqda deyil ... Doğum günün mübarək.

Digər Xəbərlər
Xəbər Lenti