PFL: "Koronavirusla bağlı fondun yaradılması gözəl təşəbbüsdür"

22 Mart 21:40 Azərbaycan Futbolu 138
PFL: "Koronavirusla bağlı fondun yaradılması gözəl təşəbbüsdür"

Azərbaycan Prezidenti İlham Əliyevin 19 mart 2020-ci il tarixli “Azərbaycan Respublikasında əhalinin sağlamlığının qorunması və koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında” Fərmanına əsasən, Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradılıb.

Cənab İlham Əliyev bir illik əməkhaqqı məbləğini Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə edib.

Koronavirus infeksiyasının Azərbaycanda yayılmasının qarşısını almaq və onunla mübarizə istiqamətində həyata keçirilən tədbirlərə maliyyə dəstəyini təmin etmək məqsədi ilə yaradılan Koronovirusla Mübarizəyə Dəstək Fonduna fiziki və hüquqi şəxslər könüllü ödəmələr həyata keçirə bilər.

Fondun vəsaiti koronavirusla mübarizə istiqamətində həyata keçirilən tədbirlərə, o cümlədən xüsusi rejimli tibb müəssisələrinin formalaşdırılmasına, tibb sahəsində çalışan işçilərin mükafatlandırılmasına və onlara maddi yardım göstərilməsinə, tibb müəssisələrinin infrastrukturunun təkmilləşdirilməsinə və maddi-texniki bazasının gücləndirilməsinə yönəldiləcəkdir. Bundan sonra müəyyən müəssə və təşkilatlar da fonda yardimlar etməyə başladılar.

Peşəkar Futbol Liqası adıçəkilən fonda hansısa ödəmə edəcəkmi? Bununla bağlı Sportinfo.az-a PFL-in Media və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Aslan Şahgəldiyev deyib:

"Ölkə prezidenti tərəfindən koronavirusla bağlı fondun yaradılması gözəl təşəbbüsdür. Ancaq PFL-in fonda hansısa köçürməni edib-etməyəcəyi barədə yalnız bayramdan sonra nəsə deyə bilərəm".

Digər Xəbərlər
Xəbər Lenti