Hamınızın pulu futboldan çıxır, klublara kömək edin!

22 Mart 10:40 Azərbaycan Futbolu 489
Hamınızın pulu futboldan çıxır, klublara kömək edin!

Koronavirusla mübarizədə futbolçularımızı birləşməyə, klublara dəstək olmağa dəvət edirəm.

Bizimkilər və ya legionerlər - fərq etməz. Hamınızın pulu futboldan çıxır.

Məhz buna görə Sizlərdən alqışlanası hərəkət gözləyirəm. Çox vaxt tənqid olunursunuz, amma indi nümunə ola bilərsiniz. Çempionat dayandırılıb, bəzi oyunların iyunda keçiriləcəyi gözlənilir. Müqaviləylə iyunda meydana çıxacağınız halda əlavə maaş tələb etmək imkanınız var.

Siz həmrəylik nümayiş etdirməklə müqaviləylə məxsus olduğunuz kluba maddi zərəri azaltmaq üçün maaşınızın bir hissəsindən imtina edə bilərsiniz. Daha doğrusu məvacibinizin müəyyən hissəsini kluba bağışlamaq imkanınız var.

Çempionatdakı fasilə bir aydan çox davam edəcək, deməli oynamadığınız müddətdə məvacib alacaqsınız. Məvacibinizin bir hissəsini kluba bağışlamaq və ya iyunda çempionat oyunlarında təmənnasız iştirak edəcəyinizi bəyan edə bilərsiniz.

Siz həm də çətin gündə klubun yanında olduğunuzu nümayiş etdirəcəksiniz. Mediadan bu işdə klublara dəstək olmağı xahiş edirəm.

Əziz futbolçular İspaniya, Fransa, Almaniyada oynayan həmkarlarınıza nümunə olun. Bununla həm də koronavirusla mübarizədə bizimlə olduğunuzu göstərin.

P.S Yəqin məndən inciməzsiniz...

Sənan Şəfizadə

Digər Xəbərlər
Xəbər Lenti