Elxan Məmmədova hirsləndi, ona elə cavab verdi ki… QALMAQAL

20 Fevral 2020 12:30 Azərbaycan Futbolu 1 471
Elxan Məmmədova hirsləndi, ona elə cavab verdi ki… QALMAQAL

AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədovla Futbol Veteranları İttifaqının sədri Oqtay Abdullayev arasında yeni qalmaqal baş verib.

Sportinfo.az-ın məlumatına görə, bu, Futbol İctimaiyyətinin Həmkarlar İttifaqının İdarə Heyətindən istefa verən Əfqan Talıbovla Babək Alxasovun üstündə yaşanıb.

Belə ki, Oqtay Abdullayev adıçəkilən şəxsin məhz onun təkidi nəticəsində Nazim Süleymanovun sədri olduğu təşkilatdan ayrıldığını bildirib və onların işlə təmin edilməsini federasiya rəhbərindən istəyib.

Elxan Məmmədov bu məsələyə bir müddət sonra baxılacağını bildirməklə, Veteranlar İttifaqının sədrini özündən çıxarıb.

«Mən sizin sözünüzlə hərəkət elədim, Əfqanla Babəki Nazimgildən uzaqlaşdırdım. İkisinə də söz verib gətirmişəm. Əfqanı «Turan»a aparmışam, Babəkə də siz bir iş verin. Nazimin təşkilatında olanlar bunu bilsələr, daha bura heç kim gəlməyəcək» - Abdullayev əsəbi şəkildə cavab verib.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!