Avropa klublarının ən çox istədiyi azərbaycanlı futbolçu

18 Fevral 2020 09:15 Azərbaycan Futbolu 1 363
Avropa klublarının ən çox istədiyi azərbaycanlı futbolçu

Mahir Emreli transferdə ən çox adı hallanan futbolçular siyahısında yer alıb.

Sportinfo.az xəbər verir ki, bu barədə “transfermarkt.com” məlumat yayıb.

Saytın “hərəkətlilər” bölümündə azərbaycanlı futbolçulardan yalnız Emrelinin adı qeyd olunub. O, transfer dönəmində başqa klubların ən çox diqqətini çəkən yerli futbolçu olub.

Mahirin adı indiyədək 10-dan çox fərqli komanda ilə hallanıb. Bu isə azərbaycanlılar arasında ən yüksək göstəricidir.

Sayt Emil Balayevlə Mahir Emrelinin dəyərini 1 milyon 200 min avro göstərib. 22 yaşlı futbolçunun 2016-cı ildə 50 min avro qiyməti var idi.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!