Rüfət Dadaşov oynadı, “Feniks Rizinq” məğlub oldu

16 Fevral 2020 21:35 Azərbaycan Futbolu 586
Rüfət Dadaşov oynadı, “Feniks Rizinq” məğlub oldu

ABŞ-ın “Feniks Rizinq” klubu “Visit Tucson Sun Cup” turnirində ilk oyununu keçirib.

Sportinfo.az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Rüfət Dadaşovun formasını geyindiyi komanda “Kolambus Kryu” ilə qarşılaşıb.

Azərbaycanlı futbolçunun komandası bu görüşdən məğlubiyyətlə ayrılıb – 0:1. Rüfət də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb.

“Feniks Rizinq” növbəti oyununu fevralın 19-da “Sportinq Kanzas Siti”yə qarşı keçirəcək. 6 komandanın yarışdığı turnirdə “Feniks Rizinq” ilk turdan sonra sonuncudu.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”