Elxan Məmmədovu PƏRT EDƏN məşqçinin kimliyi bilindi

15 Fevral 2020 13:26 Azərbaycan Futbolu 2 054
Elxan Məmmədovu PƏRT EDƏN məşqçinin kimliyi bilindi

AFFA icraçı vitse-prezidenti və baş katibi Elxan Məmmədov 2 gün öncə AFFA Məşqçilər Komitəsi ilə bağlı bir açıqlama verdi.

Dedi ki, burada çalışan mütəxəssislər Premyer Liqanı izləmək məcburiyyətindədir: “Onlardan kiminsə “Azərbaycan çempionatını izləmirəm” deməsi ciddi problemdir.

Həmin məşqçilərin öhdəliklərindən biri də çempionat matçlarına baxmaqdır. Əgər onlardan hansısa Premyer Liqanı izləmədiyini deyirsə, həmin adam orada qalmamalıdır”.

AFFA Məşqçilər Komitəsində Vaqif Sadıqov, Ağasəlim Mircavadov, Şahin Diniyev, Yaşar Vahabzadə və Şakir Qəribov təmsil olunur.

“CBC Sport”un aparıcısı Elnur Məmmədli sosial şəbəkədə Məşqçilər Komitəsindən bir nəfəri verilişə dəvət ediyini, lakin onun “ölkə çemponatına baxmıram” deyib, dəvətdən imtina eməsi barədə status paylaşıb:

“Azərbaycan futbolunun başına özü boyda daş düşüb. Bayaq Məşqçilər Komitesinin üzvlərindən birinə zəng vurub verlişə çağırıram, "deyir, mən Azərbaycan çempionatına baxmıram". Bilmirsən, ağlayasan, ya güləsən?!“.

!CBC Sport”un daha bir əməkdaşı - Asəf Zeynallı da bununla bağlı maraqlı fakt açıqlayıb: “Bir müddət əvvəl Şahin Diniyevi verilişə qonaq çağırmaq istəyirdim.

Zəng vurdum, dedi ki, ölkə xaricindəyəm. Ağasəlim Mircavadovla əlaqə saxladım. Dedi ki, Mərdəkanda milli ilə toplanışdayam, alınmayacaq, elə indi Şahin Diniyevlə oturub gənclərin oyununa baxırıq“.

Sportinfo.az-ın məlumatına görə, AFFA bununla bpağlı araşdırma apararaq, Elnur Məmmədliyə o sözü deyən mütəxəssisin kimliyini müəyyənləşdirib.

“Qazan“ın içindən yenə Şahin Diniyev çıxıb. Elxan Məmmədova ən çox təsir edən onun “Əşşi, Azərbaycanda futbol var ki? Nəyə baxım e, mən…“ söyləməsi olub.

“CBC Sport“un aparıcısının “Niyə elə deyirsiz? Oğullarınız Kərimlə Coşqun da bu çempionatda çıxış edir“ iradına cavab olaraq, o, “uşaqlarımın heç birini oynatmırlar, mən də baxmaq istəmirəm“ söyləyib.

Xəbər Lenti